AZ

Mahir Aslanovun ölüm səbəbi məlum oldu

Milli Məclisin sabiq deputatı, iş adamı Mahir Aslanovun ölümünün təfərrüatları məlum olub.

Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, uzun müddətdir Rusiyasının Yessentuki şəhərində yaşayan sabiq parlament üzvünün bir ay əvvəl ürəyində ciddi problemlər yaranıb.

O, bununla əlaqədar olaraq Bakıya qayıdıb.

Burada sahibi olduğu “Kəpəz” xəstəxanasında müayinələrdən keçib. Keçirilən müayinələr zamanı Mahir Aslanovun təcili əməliyyata ehtiyacı olduğu müəyyənləşib.

Seçilən
0
1
publika.az

3Mənbələr