AZ

Daha bir klub evdən uzaq düşdü – Komanda bu rayona “köçür”

Azərbaycan II Liqa təmsilçisi “Şəki Siti” ev oyunlarını başqa bölgədə keçirəcək. Buna səbəb komandanın Şəkidəki Gənclər və İdman Nazirliyinin balansında olan stadiona buraxılmamasıdır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Zaqatalaya üz tutub. Komanda rəqiblərini məhz bu rayonda qəbul edəcək.

Xatırladaq ki, “Şəki Siti” mövsümün ilk yarısını Bakıda keçirib. Hazırda komanda Şəki məskunlaşsa da, ev oyunlarını burada keçirə bilmir.

Seçilən
2
idmanxeber.az

1Mənbələr