Bu gün Azərbaycan 2-ci liqasında 15-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, 2-ci oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə liderlərin dueli keçiriləcək. 2-ci yerdəki "Xankəndi" 1-ci pillədəki "Qaradağ Lökbatan"ı qəbul edəcək.
Digər görüşdə isə "Şəmkir" "Şəki Siti" iləqarşılaşacaq.
24 fevral (çərşənbə axşamı)
13:00. “Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Ruslan Babayev, Rasim Musayev
Palms Sports Futbol Mərkəzi (IV meydança)
14:30. “Şəmkir” – “Şəki Siti”
Hakimlər: Nahid Xasıyev, Ağadur Mahmudov, Elvin Mədətov, Nazim Abdullayev
Şəmkir OİK stadionu
23 fevral (bazar ertəsi)
“Araz Saatlı” – “Şirvan” 1:2
“Kür-Araz” – “Dinamo” - 2:4
“Göygöl” – “Quba” - 0:2
“Ağdaş” – “Ağstafa Gəncləri” - 0:1
