
ABŞ-da güclü qar fırtınası səbəbindən minlərlə aviareys ləğv edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "İnterfaks" "FlightAware" məlumatlarına istinadən xəbər yayıb.
Nyu-Yorkun hava limanlarında Con Kennedi, LaQuardia və Nyuark Liberti təxminən 1500 reys ləğv olunub. Oxşar tədbirlər Boston, Filadelfiya və Vaşinqton hava limanlarında da tətbiq edilib. Daha 17 min reys gecikdirilib.
ABŞ-ın şimal-şərqində pis hava şəraiti səbəbindən ictimai nəqliyyatın işi dayandırılıb. Hakimiyyət orqanları səfərləri məhdudlaşdırıb və insanlara yollara çıxmamağı tövsiyə edib.
Məsələn, Massaçusets qubernatoru Maura Healey Bristol, Plimut, Barnstable və Dukes qraflıqlarında avtomobil səyahətinin qadağan edilməsi barədə əmr verib. Belə şəraitdə yalnız fövqəladə xidmətlərin əməkdaşlarına, kommunal xidmət işçilərinə, ərzaq və yanacaq çatdırılması ilə məşğul olan podratçılara, eləcə də tibb personalına avtomobil idarə etməyə icazə verilir.
Məryəm Quliyeva