AZ

A400M təyyarə proqramının gələcəyi yenidən təhlükə altındadır

A400M hərbi nəqliyyat təyyarəsi üçün yeni sifarişlər olmadığı təqdirdə “Airbus” şirkəti 2028-ci ilin sonunda İspaniyanın Sevilya şəhərində yerləşən istehsal xəttini bağlamağa məcbur olacaq.

“Poliqon” “La Tribune” nəşrinə istinadən xəbər verir ki, şirkət üçün illik ən azı səkkiz təyyarəlik istehsal tempi zəruridir.

“Airbus” daha əvvəl bağlanma qərarını bir il təxirə sala bilmişdi. Bu, OCCAR (Silahlanma Sahəsində Birgə Əməkdaşlıq Təşkilatı) çərçivəsində Fransa və İspaniya ilə əldə olunan razılaşma sayəsində mümkün olmuşdu. Əks halda şirkət Sevilya xəttini bağlamaq barədə kəskin qərar verməli idi. Proqramın iki əsas tərəfdaşı – Fransa və İspaniya istehsalın davamlılığı üçün əlavə addım atdılar.

2025-ci ilin iyununda “Airbus” bu iki ölkə ilə yeddi təyyarənin (dördü Fransa, üçü İspaniya üçün) təhvilinin irəli çəkilməsi barədə saziş imzalayıb.

“Airbus”un rəsmi sifariş və təhvil cədvəllərinə görə, şirkət prinsipcə daha 41 ədəd A400M təhvil verməlidir. Lakin bu təyyarələrin bəzilərinin çatdırılması qeyri-müəyyən görünür. Fransa 2024-2030-cu illər üçün hərbi proqram çərçivəsində A400M parkının hədəf sayını 50-dən 41-ə endirib (halbuki “Airbus”un cədvəllərində hələ də 50 göstərilir).

2025-ci ilin sonuna qədər Fransa Hərbi Hava Qüvvələrinə 25 ədəd A400M təhvil verilib, bu il isə daha iki təyyarə çatdırılacaq. Cari il ərzində Fransa Müdafiə Nazirliyi 2028-2029-cu illərdə təhvil veriləcək 4 təyyarənin erkən maliyyələşdirilməsi üçün “Airbus”a təxminən 720 milyon avro ödəməlidir.

İstehsal xəttinin yerləşdiyi İspaniya isə 27 ədəd A400M sifariş edib və onlardan 14-ü 2025-ci ilin sonuna qədər təhvil verilib.

Seçilən
4
poliqon.az

1Mənbələr