Özünü "Dodaqlar Kralı" adlandıran britaniyalı sosial media fnomeni Cordan Ceyms Parkın cəsədi tapılıb. Onun 18 fevralda Londonda 34 yaşında öldüyü bildirilir.
“Cebheinfo.az” xəbər verir ki, Park "Botched" şousundakı çıxışı və plastik cərrahiyyəyə olan hədsiz sevgisi ilə məşhur olub. Məlumata görə, o, əməliyyatlara və iynələrə 150000 dollardan çox pul xərcləyib.
Şəhər polisinin məlumatına görə, təcili yardım xidmətinə 34 yaşlı kişinin huşsuz vəziyyətdə olması barədə zəng daxil olub. Həkimlər onun hadisə yerində öldüyünü bildiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ölümün "izah olunmayan" kimi qiymətləndirildiyini və istintaqın davam etdiyini bildiriblər. İlkin məlumata görə, Park ölümündən qısa müddət əvvəl kosmetik əməliyyat keçirmiş ola bilər, lakin ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib.
Faciədən iki gün sonra 43 yaşlı kişi və 52 yaşlı qadın adam öldürmə şübhəsi ilə həbs ediliblər. Onlar daha sonra istintaqın nəticəsinə qədər girov müqabilində azadlığa buraxılıblar.
Keçmişdən qalmaqallı iz
Cordan Parkın adı əvvəllər də xəbərlərdə çox xatırlanıb. 2024-cü ildə Park və onun biznes ortağının adı Gemma Pavlişin tərəfindən idarə olunan bir klinikada "maye BBL" (cərrahi olmayan Braziliya omba qaldırma) əməliyyatından sonra vəfat edən beş uşaq anası 33 yaşlı Alis Uebbin ölümündə hallandırılıb. Onların hər ikisi həbs edilib.
Daha sonra onun öldürmə şübhəsi ilə həbs edildiyi bildirilib, lakin heç bir ittiham irəli sürülməyib. Mediada yayılan məlumatlara görə, onun mart ayında yenidən məhkəməyə çıxması planlaşdırılırdı.
Park transformasiyaya 19 yaşında başlayıb. İllər ərzində onlarla prosedurdan keçib. Bir neçə rinoplastika, dodaq doldurucuları, boyun və çənə doldurucuları, çənə implantı, liposaksiya və BBL etdirib.
2016-cı ildə o, Britaniyanın "This Morning" televiziya şousunda özünə heç vaxt nifrət etmədiyini, lakin zaman keçdikcə plastik cərrahiyyənin onun üçün "hobbi"nə çevrildiyini etiraf edib.
Daha sonra Park iki dəfə "Botched" şousunda iştirak edib. Orada həkimlərin həddindən artıq dodaq iynələrinin təsirlərini düzəltməyə çalışdıqları bildirib.