AZ

Ötən il Sənaye zonalarında 4 milyard manata yaxın məhsul satışı olub

2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib, bunun da 1,2 milyard manatı ixracın payına düşüb. Bu da əvvəlki illə müqayisədə istehsal 21,1 faiz, ixrac isə 13,4 faiz artıb.  Bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov  bildirib.

O bildirib ki, bu gün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur.

"Bütün bunların nəticəsi olaraq, ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1 faiz, qeyri-neft ixracında isə 33,9 faiz təşkil edib. Bu göstəricilər sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir".

Aytac

 

 

Seçilən
15
4
anews.az

5Mənbələr