AZ

Deputat: “Xocalıya Ədalət” kampaniyası dönüş nöqtəsi olub

Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınması, ölkəmizin humanitar diplomatiyasının güclənməsi və Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində fəaliyyəti xüsusi önəm daşıyır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr, o cümlədən qlobal humanitar kampaniyalar Azərbaycanın beynəlxalq gündəmdə humanist dəyərlər, ədalət və həqiqət prinsipləri ilə tanınmasına ciddi töhfə verib.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında deputat Asif Əsgərov səsləndirib.

Deputat bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə reallaşan "Xocalıya Ədalət" beynəlxalq kampaniyası Xocalı faciəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dönüş nöqtəsi olub. Bu kampaniya sayəsində yüzlərlə ölkədə müxtəlif tədbirlər keçirilib, kütləvi informasiya vasitələrində məlumatlandırma işi aparılıb, Xocalı soyqırımının mahiyyəti barədə beynəlxalq auditoriyaların məlumatlılığı artıb.

Asif Əsgərov çıxışında həmçinin qeyd edib ki, Azərbaycanın diplomatik səyləri və informasiya mübarizəsində qətiyyətli addımlarının nəticəsi olaraq bu gün dünya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha dolğun, faktlara əsaslanan təsəvvürə malikdir. O vurğulayıb ki, hazırda Azərbaycan tarixi ədalətin bərpası fonunda qətiyyətli mövqe nümayiş etdirir və 44 günlük Vətən müharibəsindəki qələbə nəticəsində torpaqlarının işğaldan azad olunması ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib.

Seçilən
10
2
sabahinfo.az

3Mənbələr