AZ

Almaniya avtomobil sənayesi çökür

Almaniyanın avtomobil sənayesi çətin dövr yaşayır. 

Xüsusilə Baden-Vürtemberq bölgəsində yerləşən şirkətlər sifariş azalması ilə üzləşib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, kiçik texnologiya şirkəti “Dostech” 2018-ci ildə elektrik nəqliyyat sahəsinə yönəlik cihazların istehsalı nəticəsində sürətlə böyümüşdü. Lakin hazırda bazardakı geriləmə səbəbindən dərin böhran yaşayır.

Adıçəkilən şirkətin rəhbəri Şteffen Braunun məlumatına görə, sektorda sabitlik yoxdur və investisiya qoymaq çətinləşib.

Almaniyanın Baden-Vürtemberq bölgəsində uzun illərdir ki,“Mercedes-Benz” və “Porsche” kimi nəhəng markalarla tanınır. 

Lakin Çin rəqabəti, elektromobillərə keçiddə problemlər və artan xərclər avtomobil sənayesini zəiflədib.

Qeyd edək ki, sifarişlərin azalması yüzlərlə kiçik şirkəti və minlərlə iş yerini risk altına salıb.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr