AZ

Müşahidə Şurasının üzvləri “CFI Financial İnvestisiya”dan pay alıb

“CFI Financial İnvestisiya Şirkəti” QSC-də səhmdar strukturunda dəyişiklik edilib.

APA-Economics” bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, 10 sentyabr 2025-ci il tarixində İlqar Rüstəmbəyliyə məxsus, hər birinin nominal dəyəri 1000 manat olan 455 ədəd səhm CFI Financial Group Holding Limited tərəfindən əldə edilib. Bununla da CFI Financial Group Holding Limited şirkətin nizamnamə kapitalında 100% paya sahib olub.

Daha sonra, bu ilin fevralın 12-də isə səhmlərin bir hissəsi Cəmiyyətin Müşahidə Şurasının üzvləri tərəfindən alınıb. Belə ki, Karim Malas 7 ədəd, Mazen Abbas isə 84 ədəd səhm əldə edib.

Son dəyişiklikdən sonra "CFI Financial Group"un investisiya şirkətindəki payı 98%-ə enib, Karim Malas 0,15%, Mazen Abbas isə 1,85% paya sahib olub.

Seçilən
10
2
apa.az

3Mənbələr