AZ

Fransada Trampın səfir qudasına embarqo qoyuldu

ABŞ-nin Fransa səfiri, Prezident Donald Trampın qudası Çarlz Kuşner diplomatik protokol qaydalarını pozduğu üçün rəsmi məhdudiyyətlə üzləşib.

“Yeni Sabah" Reuters-ə istinadla xəbər verir ki, səfir Fransa Xarici İşlər Nazirliyində planlaşdırılmış rəsmi dəvətə qatılmayıb. Onun XİN-ə gəlməməsi ciddi narazılıq yaradıb. Bu hadisədən sonra Çarlz Kuşnerin hökumət üzvləri ilə rəsmi görüşlər keçirməsinə qadağa qoyulub.

Diplomatik praktikada belə addım nadir hallarda atılır və bu, ev sahibi ölkənin səfirin davranışından narazılığının açıq göstəricisi hesab olunur. Mənbələr bildirir ki, məlum qərar Fransa hökumətinin diplomatik etiket qaydalara riayət olunmasına verdiyi əhəmiyyəti nümayiş etdirir.

Hadisə ilə bağlı nə ABŞ səfirliyi, nə də Fransa rəsmiləri hələlik rəsmi açıqlama verməyib.


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr