AZ

İrandan Rusiyaya “kahı” yükü aparan maşından 79 kq narkotik çıxdı...



Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən "kahı" formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Seçilən
4
27
baki-xeber.com

10Mənbələr