AZ

Balakəndə rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 24 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Su Meliorasiya Sistemləri İstismarı İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məşqin keçirilməsində məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar rəhbər heyətin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.

Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarəedilməsi üzrə fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla keçən məşqdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr