AZ

BMT: Asiya-Sakit okean regionunda təxminən 600 milyon insan gecəqondularda yaşayır

Bakı, 24 fevral, AZƏRTAC

Asiya-Sakit okean regionunda təxminən 600 milyon insan gecəqondularda yaşayır, şəhər sakinlərinin üçdə ikisi isə aşağı əməkhaqqına çalışır.

AZƏRTAC xəbər verir ki, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsia bunu Banqkokda keçirilən forumda deyib. “Hazırda şəhərlər regionun iqtisadi gücünün təxminən beşdə dördünü təşkil edir. Bu şəhərlərdə 600 milyon insan gecəqondularda yaşayır. Sakinlərin üçdə ikisinin aşağı əməkhaqqına çalışdığını nəzərə alsaq, onların vəziyyəti yalnız təhsilə və sosial müdafiəyə geniş çıxış yolu ilə yaxşılaşdırıla bilər”, - deyə o bildirib.

BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrası barədə danışan Armida Salsia qeyd edib ki, son 10 ildə regionda içməli su ilə bağlı vəziyyət yaxşılaşıb, lakin sanitariya-gigiyena xidmətlərinə çıxış imkanı qeyri-bərabər qalıb.

Seçilən
19
3
azertag.az

4Mənbələr