AZ

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov” platformasına inteqrasiya edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 24 fevral, Aysel Azadqızı, foto İlqar Cəfərov, operator Vüsal Tağıyev, AZƏRTAC

Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 8 növ təhsil xidməti “myGov” (mobil və veb-portal) platformasına inteqrasiya edilib.

AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, platforma vasitəsilə vətəndaşlar övladlarının cari ümumi təhsili haqqında məlumatlar, müvafiq təhsil göstəriciləri, cari ali və orta ixtisas təhsili haqqında məlumatlar, ümumi təhsil barədə məlumatlar, peşə təhsili sənədləri barədə məlumatlar, xaricdə təhsillə bağlı Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil, xarici diplomlar, diplom məlumatlarını əldə edə bilirlər: “Hazırda 3 elektron xidmət icra olunur. Bunlara ali və orta ixtisas təhsili pillələri üzrə təhsilalanların köçürülməsi, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin elektron qeydiyyatı, eləcə də məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu daxildir. Bununla yanaşı, 40-dan çox informasiya sistemi və informasiya ehtiyatı MyGovID/SİMA-ya qoşulub. Bütün informasiya sistemləri və ehtiyatlar Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

3Mənbələr