Latviya Respublikası 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edib.
“Cebheinfo.az” xəbər verir ki, təqaüd proqramı çərçivəsində namizədlər Latviyanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edəcəklər.
Müraciət üçün son tarix 1 aprel 2026-cı il müəyyən edilib. Təqdim olunmuş sənədlərə baxıldıqdan sonra yekun seçim qərarı Latviya tərəfindən qəbul ediləcək.
Qeyd edək ki, proqram Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında təhsil sahəsində əməkdaşlığa dair 17 iyul 2017-ci il tarixində Riqa şəhərində imzalanmış sazişə əsasən həyata keçirilir.