AZ

“Heç vaxt təmtəraqlı ad günləri keçirməmişəm” 70 yaşlı Xalq artisti

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Xalq artisti, “Şöhrət” ordenli muğam ifaçısı Səkinə İsmayılovanın ad günüdür. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi 70 yaşını qeyd edir. 

Bu münasibətlə saytımıza danışan Xalq artisti doğum gününü doğmaları ilə birlikdə qeyd edəcəyini bildirib:

“Şükür Allaha hər şey yaxşıdır, özümü yaxşı hiss edirəm. Adətən doğum günümdə doğmalarımın yanında oluram. Bu, illərdir belədir. Heç vaxt təmtəraqlı ad günləri keçirməmişəm və bunu sevmirəm. Doğmalarımın yanında olmaq mənə rahatlıq gətirir. Mən düşünürəm ki, ad gününü elə bu cür keçirmək lazımdır.

Fevral mənim ayımdır. Ayın 1-dən çoxsaylı təbrik mesajları, zəngləri alıram. Doğmalar, yaxınlar, dostlar məni təbrik edirlər. Dünyanın bir çox ölkələrindən gələn təbriklər məni xoşbəxt edir. Bu dünyada ən gözəl hədiyyə məhz sevgidir, xalqın sevgisi. Həyatda hər şey əldə etmək olar, amma xalqın sevgisi Allahın bir lütfüdür. Mən çox xoşbəxtəm ki, bu yaşa qədər xalqım məni hər zaman sevib”.  

Qeyd edək ki, S.İsmayılova 24 fevral 1956-cı ildə Bakıda anadan olub. Opera səhnəmizin Leylisi, Əslisi, Gülbaharı, Şahsənəmi olan sənətçi Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezidentin fərdi təqaüdünə, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb. 

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
qafqazinfo.az

2Mənbələr