AZ

İki il qaldığı bunkerinin görüntülərini ilk dəfə paylaşdı Video

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı hücumunun dördüncü ildönümü münasibətilə xalqa müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı videomüraciəti sosial şəbəkə hesablarında paylaşıb.

Videoda Zelenski Kiyevin Bankova küçəsində yerləşən bunkerindəki kabinetini göstərib. O, münaqişənin ilk anlarında digər liderlərlə telefon danışıqlarını məhz buradan apardığını bildirib. Görüntülərdə həmçinin bunkerdə üzərində “Ukrayna Prezidentinin ofisi” və “Nazirlər Kabinetinin rəhbərliyi” lövhələrini görmək olar.

“Bir çox işlər məhz burada görülürdü. Biz əvvəllər heç vaxt bu obyekti göstərməmişdik”, - Zelenski deyib.

Qeyd edək ki, bu sığınacaq hələ sovet illərində inşa edilib. Əvvəlcə burada Kiyev Xüsusi Hərbi Dairəsinin qərargahı, sonradan isə Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsi yerləşib.

Xatırladaq ki, daha əvvəl AFP nəşrinə müsahibəsində Ukrayna lideri 2 il bunkerdə yaşadığını bildirmişdi. O həmçinin yaxın zamanda həmin bunkerdə jurnalistlər üçün müsahibə təşkil etmək niyyətində olduğunu demişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
qafqazinfo.az

1Mənbələr