AZ

Elektron jurnallar bəzi region məktəblərində pilot qaydada tətbiq edilir

Bakı, 24 fevral, Aysel Azadqızı, foto İlqar Cəfərov, operator Vüsal Tağıyev, AZƏRTAC

Hazırda elektron jurnallar yalnız Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində tətbiq olunur. Paytaxt məktəblərində artıq kağız jurnallardan istifadə edilmir.

Bunu “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov AZƏRTAC-ın müxbirinin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, elektron jurnalların tətbiqinə pilot qaydada qoşulan region məktəbləri də var. “Elektron jurnallardan istifadə zamanı mövcud çətinlikləri və imkanları qiymətləndiririk. Qoşulma ilə bağlı problem yaranarsa, texniki dəstək göstəririk. Kompüter təminatında çətinlik çəkən təhsil müəssisələrinə də müvafiq kömək edilir”.

Seçilən
11
1
azertag.az

2Mənbələr