AZ

Fabreqas: “Biz skudettonu qazanmağa hazır deyilik”

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransesk Fabreqas İtaliya futbolunda artıq ikinci mövsümdü ki, məşqçilik bacarığı ilə hamını yaxşı mənada təəccübləndirir. Onun 2024-cü ildən baş məşqçi kimi çalışdırdığı “Komo” ötən mövsümü 10-cu yerdə başa vurmuşdu. Komanda hazırda Çempionlar Liqasına ayrılan 4 vəsiqədən biri uğrunda mübarizə aparır. "Football-plus.az"ın məlumatına görə, Fabreqas A seriyasının “Milan” ilə təxirə salınan oyunundan əvvəl bu klubun rəsmi saytına qısa müsahibə verib. 38 yaşlı ispaniyalı mütəxəssis İtaliya nəhəngi ilə bağlı maraqlı faktı da açıqlayıb.Dəyişməyən mesajı...Yaxşı oyun həmişə qələbəyə təminat vermir. Əks halda futbolu başqa cür izah edərdilər. Biz doğru addımlar atmalı, düzgün qərarlar verməyə çalışmalıyıq. Komanda və ümumilikdə kollektivimiz gəncdi – yolumuz bu istiqamətdədi. Biz skudettonu qazanmağa hazır deyilik.Bununla belə, indiyədək üzərimizə düşən işlərin öhdəsindən yaxşı gəldiyimizi bilirəm. Futbolçu təcrübəmə görə - mən həmişə ən yaxşı komandalarda, ən yaxşı məşqçilərin başçılığı altında oynamış və qələbələrə alışmışam – deyə bilərəm ki, yol bir xətt üzrə olmur. Çətinliklər səni inkişafa sürükləyir və işin müxtəlif yönlərinə fərqli prizmalardan baxmağa vadar edir. Yolun bundan sonrakı hissəsi uzun və gözəldi. Bundan əvvəlki hissədə qalib gəlsək də, uduzsaq da mesajım eyni olaraq qalır....“Komo”nun iddiası...“Milan”a qarşı oyunda hesabda öndə olmağına baxmayaraq, sonda uduzmaq (A seriyasının yanvarın 15-də Komoda keçirilən oyununda 1:3 hesablı məğlubiyyəti xatırladır)? Buna uyğunlaşmaq lazımdı, futbolda belə aqibət tez-tez baş verir. Biz oyunun əvvəlki matçların surəti olmasına dair səthi fikrin tərəfdarı deyilik. “Komo”da nələr qurduğumuzu nəzərə alsaq, fərqli bir ssenari görmək istərdim.“Komo”nun skudettonu qazamağa qadir olduğunu düşünənlər yanılırlar. Mən bunu komandanın başına keçdiyim ilk gündən deyirəm. Bir neçə gün əvvəl “Fiorentina” bizə üç qol vurdu, biz isə “Kalyari”, “Cenoa” və “Atalanta” ilə matçlarda yaxaladığımız qol imkanlarını dəyərləndirə bilmədik. Bizim fenomenal və ya təkbaşına fərq yarada biləcək oyunçularımız yoxdu.Bəzən etdiyin şey qızıla çevrilir, bəzən isə olmur. “Komo” həmişə rəqibə öz oyununu təklif etmək, sürəti daim artırmaq istəyir. Bizim Yamal və ya Levandovski kimi oyunçularımız yoxdu, buna baxmayaraq, böyümək istəyirik. Komandada hər il irəliləyişin olması vacibdi. İki-üç ildən sonra yetkinləşəcək və hədəflərimizi aydın şəkildə anlayacağıq....Milana baş tutmayan səfəri...Mən 2011-ci ildə o “Cənab X” idimmi? Xeyr. “Milan”a gəlincə, bu klubla yalnız bir dəfə təmasım olub. 2016-cı ildə, mövsümün əvvəlində Kontenin başçılığı altında çox da oynamaq şansı qazanmırdım. O vaxt “Milan”ın baş direktoru Qazidislə ünsiyyətim olmuşdu. Amma “Arsenal”dan ayrılarkən mənim üçün yalnız bir seçim variantı vardı: ya “Barselona”, ya da heç nə. Ya “Barselona”, ya da “Arsenal”......və qeyri-sabitlik haqdaRəqəmlər daha yüksək yerə layiq olduğumuzu desə də, biz kiçik klubuq. Bizdə top-kluba xas sabitlik yoxdu. “Milan”a qarşı yanvarda keçirdiyimiz oyunda rəqibimizin hətta bizim təzyiqimiz altında qaldığı halda belə tamamilə sakit olduqları hissi olunurdu.Onlar sadəcə, məqam gözləyirdilər. Bu xüsusiyyət yalnız təcrübə ilə qazanılır. Modriç üçün istənilən vəziyyət problem sayılmır: o, futbolda hər cür sınaqdan keçib. Hətta Lukaya qarşı 150 min adam oynasa belə, bu, heç nəyi dəyişməzdi. Bunu bizim uşaqlar haqda deyə bilməzsən və bunu anlamaq lazımdı. Əks halda reallıq hissini və perspektivləri itirirsən. Serxi Roberto ilə Moratanı saymasaq, liqanın ən gənc komandası bizdədi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
icma.az

2Mənbələr