AZ

Bu, sosial baxımdan həssas qruplar üçün əlavə cətinliklər yaradır - Deputat

“Tibbi sığorta haqqında” qanunun 15-28.3-cü maddəsinin tətbiq müddətinin 16-4.4-1-ci maddə vasitəsilə 2027-ci il 1 yanvar tarixinədək uzadılması – mahiyyət etibarilə texniki yox, sistemin gələcək davranışını formalaşdıran strateji qərardır. Burada söhbət Azərbaycan üzrə icbari tibbi sığorta modelində ilkin tibbi-sanitariya yardımının real rolundan gedir.

Ölkə.az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli parlamentdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, qanunun 15-28.3-cü maddəsinə əsasən, sığortaolunan şəxs ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkimə getdikdə, müştərək maliyyələşmə məbləği ödəməlidir.

"Bu norma faktiki olaraq ailə həkimi və Ailə saglamlıq mərkəzi (poliklinika ) səviyyəsini sistemin “ilk qapısı” kimi möhkəmləndirməyə xidmət edir. Lakin biz hamımız bilirik ki, bu mexanizm praktikada istədiyimiz səviyyədə işlək deyil",- o əlavə edib. 

Deputat qeyd edib ki, təklif olunan uzadılmanı dörd əsas səbəblə dəstəkləyirəm:
"Birinci səbəb – sistem hələ buna tam hazır deyil. Bu gün bir çox regionda ilkin tibbi-sanitariya yardımı infrastrukturu, kadr təminatı və xidmət spektri vətəndaşın real ehtiyacını tam qarşılamır.
Əgər biz indiki mərhələdə müştərək maliyyələşmə mexanizmini sərt şəkildə tətbiq etsək, vətəndaş faktiki olaraq keyfiyyətli alternativ xidmət olmadan əlavə maliyyə yükü ilə üz-üzə qalacaq. Bu isə sosial baxımdan həssas qruplar üçün əlavə cətinliklər yaradır..

İkinci səbəb isə  göndəriş sistemi hələ institusional olaraq formalaşmayıb.

Qanunvericilikdə göndəriş mexanizmi nəzərdə tutulsa da, praktikada: ailə həkiminin xəstənin marşrutunu müəyyən edən əsas fiqur kimi rolu hələ tam formalaşmayıb; informasiya sistemləri və vahid elektron göndəriş mexanizmi bütün ölkə üzrə stabil fəaliyyət göstərmir.

Belə şəraitdə birbaşa ixtisaslaşdırılmış həkimə müraciətə görə vətəndaşa maliyyə sanksiyası tətbiq etmək, mexanizmi möhkəmləndirmir, əksinə sosial dövlət prinsipləri ilə uzlaşmır.
Üçüncü səbəb isə  məqsəd müştərək maliyyələşmə tətbiq etmək yox, davranışı dəyişməkdir.nBu normanın əsas fəlsəfəsi vətəndaşı, ailə həkiminə yönləndirməkdir.
Amma bu yalnız o halda mümkündür ki, ilkin səhiyyədə qəbul imkanları real olsun, laborator və diaqnostik minimum paket yerində təmin edilsin, ailə həkiminin verdiyi göndəriş sürətli şəkildə icra olunsun.

Əks halda vətəndaş üçün ilkin mərhələ əlavə maneəyə çevrilir
Dördüncü və ən mühüm səbəb isə  icbari tibbi sığortanın maliyyə dayanıqlığı ilkin səhiyyədən başlayır.Bütün beynəlxalq təcrübə göstərir ki, xəstəxana və ixtisaslaşmış xidmətlər üzərində qurulan sistemlər uzunmüddətli perspektivdə daha baha başa gəlir.

Əgər biz doğrudan da icbari tibbi sığortanın davamlı olmasını istəyiriksə, ilkin mərhələdə erkən diaqnostika, xroniki xəstəliklərin nəzarəti, profilaktika real maliyyə və təşkilati mexanizmlərlə gücləndirilməlidir.

Bu başa çatmadan, müştərək maliyyələşmə mexanizminin tam tətbiqi düzgün ardıcıllıq deyil".
Deputat onu əlavə edib ki,  15-28.3-cü maddənin tətbiqinin 2027-ci il 1 yanvaradək uzadılması təklifi  faktiki olaraq bizə 1 il  əlavə vaxt qazandırır və bu da ilkin tibbi-sanitariya yardımı real giriş qapısına çevrilsin, göndəriş mexanizmi texniki və təşkilati baxımdan tam oturuşsun, ailə həkimi institutuna ictimai etimad formalaşsın.

Yalnız bundan sonra müştərək maliyyələşmə mexanizmi həm sosial baxımdan ədalətli, həm də idarəetmə baxımından effektiv ola bilər.

Ona görə də hesab edirəm ki, bu uzadılma icbari tibbi sığorta sisteminin mahiyyətinə zidd deyil,əksinə onun sağlam şəkildə qurulması üçün zəruri keçid mərhələsidir və dövlətimizin vətəndaşı ön planda tutmasının bir nümunəsidir.

Bu dəyişiklik faktiki olaraq ilkin səhiyyəni, aparılan sistemli islahatlar yolu ilə gücləndirərək,səhiyyə modelinin mərkəzinə gətirməyə xidmət etməlidir".

Mürtəza

Seçilən
4
6
olke.az

8Mənbələr