AZ

Su anbarlarından çıxarılan qum və çınqılın istifadəsi qanuniləşdirilir

Bakı. Trend:

Yerin təkindən istifadənin növlərinin siyahısıgenişləndiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Yerin təki haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, su anbarlarında və ya sututarlardatoplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin vəya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılansüxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasınadaxil ediləcək.

Bildirilib ki, Azərbaycanda su ehtiyatlarının artırılması,əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatınınyaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının vəsututarların təmizlənməsi nəzərdə tutulur.

Bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum,qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadidövriyyəyə cəlb olunması ilə nəticələnəcək.

Həmçinin, ölkədə yol infrastrukturunun yaxşılaşdırılmasıçərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindənsüxurların çıxarılması ilə nəticələnir.

Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasınınyaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığıntəmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmətedəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.

Seçilən
14
5
az.trend.az

8Mənbələr