AZ

Rus kəşfiyyatı: London və Paris Kiyevə nüvə silahı verəcək

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Bildirilib ki, belə bir addım guya "Ukraynanın öz inkişafı" adı ilə qələmə verilərək gizlədiləcək: "London və Paris lazımi komponentlər, avadanlıqlar və texnologiyaların Kiyevə köçürülməsinə başlamaq üzrədir. Onlar belə fikirləşirlər ki, Ukrayna mütləq "vundervaffe" ilə silahlandırılmalıdır. Berlin bu təhlükəli avantüraya qoşulmaqdan müdrikcəsinə boyun qaçırıb". Rusiya kəşfiyyatı vurğulayıb ki, bu proses Nüvə silahlarının yayılmaması haqqında Müqavilənin pozulması deməkdir: "Gizlədilən hər nə varsa, mütləq üzə çıxacaq". Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azvision.az

2Mənbələr