Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda nəqliyyat və anbartəsərrüfatı üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri456,1 milyon manat təşkil edib.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 10,6 dəfə çoxdur.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 32,4%-ə bərabər olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi vəsosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsaskapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı iləmüqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektorunayönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqazsektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çoxolub.
Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsulistehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmətsahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinintikintisinin payına düşüb. Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərfedilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.