AZ

Benfika nın vingeri Real ın iki oyunçusunu məhkəməyə verə bilər

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Benfika"nın vingeri Canluka Prestianni "Real"ın oyunçuları Vinisius və Kilian Mbappeni ayrı-seçkilik davranışlarına görə məhkəməyə verə bilər. Sport24.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.

"Benfika"nın oyunçusu Çempionlar Liqasının pley-offunun ilk oyununda Vinisiusa qarşı irqçilik iddiası ilə UEFA oyunlarından müvəqqəti olaraq kənarlaşdırılıb.

Oyundan sonra Mbappe bildirib ki, "Benfika"nın oyunçusunun braziliyalını bir neçə dəfə irqçi təhqir etdiyini şəxsən eşidib.

UEFA fevralın 23-də argentinalı oyunçunun müvəqqəti olaraq futboldan kənarlaşdırılması qərarını açıqlayıb. Bu üzdən futbolçu sabah Madriddə keçiriləcək "Real" ilə oyunu buraxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
sport24.az

1Mənbələr