AZ

Rusiya Xarici Kəşfiyyat Xidmətinin növbəti yalanı: Britaniya və Fransa gizli şəkildə Ukraynaya nüvə silahı ötürmək istəyirlər

ain.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin növbəti yalanı: Britaniya və Fransa gizli şəkildə Ukraynaya nüvə silahı ötürmək istəyirlər

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Britaniya və Fransa Ukraynanı "nüvə bombası" ilə silahlandırmağa hazırlaşır. SVR-in məlumatına görə, avropalılar silah ötürülməsini Ukraynanın öz inkişafı kimi təqdim etməklə gizlətmək istəyirlər.

SVR-in mətbuat xidməti açıqlamasında bildirib ki, "Ukraynanın "möcüzə" ilə təchiz edilməsinə ehtiyac olduğuna inanılır. Berlin bu təhlükəli macərada iştirak etməkdən müdrikcəsinə imtina edib".

Rusiya agentliyi iddia edir ki, London və Paris hazırda Kiyevə komponentlərin, avadanlıqların və texnologiyanın ötürülməsini təşkil etməyə çalışırlar. SVR hesab edir ki, "M51.1 ballistik raket sualtı qayıqlarından Fransanın TH75 kiçik ölçülü döyüş bölməsi nəzərdən keçirilir".

Əslində bu iddianın Rusiya kəşfiyyatının növbəti "quşburaxması" olduğu aydın hiss olunur. Çünki, Fransa və Böyük Britaniya heç vaxt belə bir qərara gəlməzlər və buna yol verməzlər. Əgər Böyük Britaniya və Fransa Ukraynaya nüvə silahə ötürmək istəsəydilər çoxdan bunu edərdilər. Rusiya kəşfiyyatı bu yolla adı çəkilən hər iki ölkəni beynəlxalq aləmdə hörmətdən salmağa, özlərinin Ukraynadakı müharibəsinə haqq qazandırmağa çalışırlar. Amma çətin ki, Rusiya kəşfiyyatı bu feyk məlumatlarla dünya ictimaiyyətini aldada bilsin.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
oxumeni.az

2Mənbələr