Ajans.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib. “Hələ sizə dəqiq vaxt deyə bilmirəm, amma ətraflı məlumat gözləyin”, - o jurnaılistlərə bildirib. Pentaqon rəhbəri qeyd edib ki, nazir kimi bu məlumatları yayımlayacağını heç vaxt düşünməyib: “ABŞ Müdafiə Nazirliyi müvafiq sənədlərin açıqlanması üzərində işləyir. Bunun nə qədər vaxt aparacağını demək istəmirəm. Məsələ ilə məşğuluq. Göstərişi tam şəkildə icra edəcəyik, Prezidentə bu məlumatları təqdim etməyi səbirsizliklə gözləyirik”. O vurğulayıb ki, məlumatlar bir çox səviyyələrdə açıqlanacaq və bu, dərindən planlaşdırılmış proses olacaq: “Sonradan yerinə yetirə bilməyəcəyim çox vədlər vermək istəmirəm”. ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bildirib ki, keçmiş prezident Barak Obama yadplanetlilərin mövcudluğunu açıqladıqda gizli məlumatları açıqlayıb. Amma o, yadplanetlilərin mövcudluğu ilə bağlı məlumatları nə təsdiqləyib, nə də təkzib edib. Barak Obama fevralın 14-də KİV-ə müsahibəsində yadplanetlilərin mövcud olduğunu iddia edib. Açıqlaması müzakirələrə səbəb olduqdan sonra isə yazılı bəyanat yayaraq qeyd edib ki, nəhəng kainatın başqa yerlərində həyat formalarının mövcud olma ehtimalı yüksəkdir. Prezidentliyi dövründə yadplanetlilərin insanlarla əlaqə saxladığını göstərən dəlillər görmədiyini də iddia edib.