AZ

Sahibkarlara istənilən dəstəyi göstərməyə hazırıq -

"KOBİA Türkiyə - Azərbaycan iqtisadi əməkdaşlığına xüsusi önəm verir".Metbuat.az kredit.az-a istinadən xəbər verir ki, bu barədə KOBİAnın İdarə Heyətinin sədri Orxan Məmmədov “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və B2B görüşləri” tədbirində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, KOBİA-nın dəstəyi ilə “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar bir sıra nüfuzlu beynəlxalq sərgilərdə nümayiş etdirilir və Türkiyə bazarı vasitəsilə üçüncü ölkələrin bazarlarına çıxış əldə edir.Sədr qeyd edib ki, Türkiyə İxracatçılar Məclisi (TİM) ilə əlaqələrin inkişafı da bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. KOBİA-nın tərəfdaşlığı ilə Bakıda keçirilən Halal Biznes Forumunda TİM-ə daxil olan şirkətlərlə əməkdaşlıq əlaqələri qurulub.

Orxan Məmmədov vurğulayıb ki, KOBİA sahibkarların beynəlxalq bazarlara çıxışının genişləndirilməsi istiqamətində istənilən dəstəyi göstərməyə hazırdır.

Seçilən
4
metbuat.az

1Mənbələr