AZ

UNEC Türk Dövlətlərində ən yaxşı 14 cü universitetdir!

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Times Higher Education” (THE) Türk Dövlətləri üzrə ilk reytinqini açıqlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Moderator.az-a bildirilib ki, bu ali təhsil müəssisəsi ölkəmizdə 1-ci, ümumi reytinqdə 14-cü olmaqla ilk 15-likdə yer alıb.

Koç Universiteti region üzrə 248 ali təhsil müəssisəsi arasında 1-ci, Orta Doğu Texniki Universiteti 2-ci və Sabancı Universiteti 3-cü yeri tutub. Qazaxıstanın Nazarbayev Universiteti 4-cü, Özbəkistanın Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu isə 7-ci olmaqla ilk onluqda qərarlaşıblar.

Ümumilikdə, 109 universitetlə reytinqdə ən çox təmsil olunan ölkə Türkiyədir. Reytinq Türk Dövlətləri Təşkilatının 5 üzv dövlətini – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı əhatə edən THE Dünya Universitetləri Reytinqi 2026-nın filtr edilmiş versiyasıdır. Qiymətləndirmə universitetlərin əsas missiyaları üzrə 17 çəkili indikator əsasında aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
7
moderator.az

10Mənbələr