Bakı, 24 fevral, AZƏRTAC
Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edəcəklər.
35 ölkədən idmançıların mübarizə aparacağı yarış martın 5-8-də təşkil olunacaq.