AZ

Rusiya 10 Avropa ölkəsində hərbi bazaların yaxınlığında daşınmaz əmlak alır MƏQSƏDİ NƏDİR?

Bizim media saytına istinadən ain.az xəbər verir.

Avropa xüsusi xidmət orqanları xəbərdarlıq edir ki, Moskva ilə əlaqəli şəxslər Qərbə qarşı aparılan “hibrid müharibə” çərçivəsində Avropada hərbi bazaların yaxınlığında daşınmaz əmlak alırlar.Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph yazıb.Bildirilir ki, söhbət bağ evləri, yay iqamətgahları, anbarlar, tərk edilmiş məktəblər, şəhər mənzilləri və hətta bütöv adaların alınmasından gedir. Məqsəd isə müşahidə, təxribat və gizli əməliyyatlar üçün dayaq nöqtələri yaratmaqdır.Qeyd olunur ki, alınmış obyektlər ən azı 10 Avropa ölkəsində hərbi və mülki infrastrukturun — o cümlədən aviabazaların, hərbi-dəniz limanlarının, sualtı kabel marşrutlarının və enerji obyektlərinin yaxınlığında yerləşir.Kəşfiyyat mənbələrinin sözlərinə görə, Kreml adi hərbi hücum əvəzinə NATO-nun qətiyyətini “boz zona” taktikasında sınaqdan keçirmək istəyir.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

2Mənbələr