İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Azərbaycanda insan hüquqlarının qorunması haqqında 2025-ci il üzrə məruzəsini Prezidentə təqdim edib.Metbuat.az xəbər verir ki, bu barədə Ombudsmanın Mətbuat xidmətinə məlumat verilib. 2025-ci il üzrə məruzədə İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət orqanları, bələdiyyələr və digər qurumlar, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mediada yayımlanacaq.