AZ

Leyen və Kosta niyə təcili Kiyevə gəlib? KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta 24 fevral səhər saatlarında Kiyevə gəliblər.

KONKRET.az xəbər verir ki, Fon der Lyayen sosial şəbəkədə yazıb ki, bu, müharibənin başlanmasından bəri Kiyev ziyarətinin onuncusudur və bu səfərin məqsədi Avropanın Ukraynaya maliyyə, hərbi dəstək və sərt qış dövründə də dayanıqlı dəstəyini nümayiş etdirməkdir. O, əlavə edib ki, bu səfər həm də Rusiya tərəfindən aparılan genişmiqyaslı işğalın dördüncü ildönümündə baş tutur və Ukraynanın ədalətli mübarizəsinə dəyişməz bağlılığı vurğulamaq üçündür.

“Və həm Ukrayna xalqına, həm də təcavüzkara açıq mesaj vermək üçün: biz sülh bərpa olunana qədər geri çəkilməyəcəyik. Sülh Ukraynanın şərtləri ilə olmalıdır,” – deyə Avropa Komissiyasının sədri bildirib.

Antonio Kosta isə vurğulayıb ki, onların səfərinin əsas məqsədi “Ukraynada ədalətli və davamlı sülhün təmin olunmasıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
konkret.az

2Mənbələr