Azərbaycan II Liqasında XV tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə iki oyun keçirilib.
Mərkəzi oyunda liderlər "Qaradağ Lökbatan" ilə "Xankəndi" üz-üzə gəliblər. Qarşılaşmada 3 xala sevinən tərəf Qarabağ təmsilçisi olub. "Xankəndi" əzmkar qələbə qazabaraq vahid liderliyi ələ keçirib.
Xatırladaq ki, tərəflərin ilk dövrədəki duelində "Qaradağ Lökbatan" 2:0 hesabı ilə qalib gəlmişdi.
Günün, həmçinin turun son qarşılaşması "Şəmkir" ilə "Şəki Siti" arasında keçirilir.
Azərbaycan II Liqası
XV tur
24 fevral
“Xankəndi” – “Qaradağ Lökbatan” 2:1
Qollar: E.Quliyev, 61. F.Abbaslı, 76-öz qapısına - S.Allahquliyev, 16.
14:30. “Şəmkir” – “Şəki Siti” 0:0 (1-ci hissə)