“Real”ın gənc hücumçusu Franko Mastantuon karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Tottenhem” və “Brayton” klubları maraqlıdır. Premyer Liqa təmsilçiləri 18 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.
Argentinalı oyunçu 2025-ci ildə 45 milyon avro qarşılığında “River Pleyt”dən Madrid klubuna keçib.
O, bu mövsüm 24 matçda 3 qol və 1 assistlə yadda qalıb.