ain.az, Olke.az portalına istinadən məlumat verir.
Rusiya Standartlaşdırma Agentliyi (Rosstandart) tərəfindən təsdiqlənmiş yeni QOST standartı Türkiyənin Alanya və Qazipaşa bölgələrindəki banan istehsalçılarını narahat edib.
Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyə saytları Rusiya Standartlaşdırma Agentliyinin (Rosstandart) bəyanatlarına istinadla məlumat yayıb.
Belə ki, martda qüvvəyə minəcək qaydaya görə, 14 santimetrdən qısa bananların Rusiyaya daxil olmasına icazə verilməyəcək.
Yeni qayda yalnız uzunluqla məhdudlaşmır. İxrac üçün hər dəstə ən azı 3 meyvədən ibarət olmalı və banan yaşıl və ya açıq yaşıl rəngdə olmalıdır.
Bundan əlavə, yoxlamalara yüksək keyfiyyətli bananlar "yüngül xiyar qoxusu" yayması və kəsildikdə "südlü şirə" buraxması kimi maraqlı meyarlar da daxil edilib.
Alanyadakı istehsalçılar bildirirlər ki, 14 santimetrlik limit tətbiq olunan məhsullar daxili bazara yönəldiləcək və bu da topdansatış qiymətlərinin aşağı düşməsinə və onsuz da artan xərclərlə mübarizə aparan fermerlərin üzərinə daha çox yük düşməsinə səbəb olacaq.
Mart ayından etibarən sərhəd keçid məntəqələrində daha sərt nəzarət gözlənilir.
Billurə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.