AZ

İran Çindən yeni raketlər alacaq

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Çindən yeni raketlər almağa hazılaşır. 

“Cebheinfo.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, İran Çinlə səsdən sürətli gəmi əleyhinə raketlər almaq üçün sövdələşməyə yaxındır.

Məlumata görə, İran “CM-302” raketlərini almağa yaxın olsa da, çatdırılma tarixləri hələ razılaşdırılmayıb.

Bildirilir ki, səsdən sürətli raketlər təxminən 290 km mənzilə malikdir, aşağı hündürlük və yüksək sürətə malik olduqları üçün gəmilərdəki hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün nəzərdə tutulub.

Qeyd olunur ki, bu silah sistemlərinin alınması üçün Çinlə danışıqlar ən azı iki il əvvəl başlamış, lakin ötən ilin iyun ayında İsrail ilə İran arasında baş verən 12 günlük müharibədən sonra kəskin şəkildə sürətlənmişdir.

Hazırda bu raketlər Yaxın Şərqdə yerləşən ABŞ gəmiləri üçün təhlükə yarada bilər.

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr