AZ

Mehmet Güzelmansur: Türkiyə Azərbaycan münasibətləri bütün dünyaya əsl qardaşlıq nümunəsi göstərir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 fevral, AZƏRTAC

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr təkcə iki dövlətin əməkdaşlığından ibarət deyil. Bu münasibətlər bütün dünyaya əsl qardaşlıq nümunəsi göstərir. Hər iki ölkə çətin günlərdə bir-birinə dayaq olub, həmrəylik və dəstək nümayiş etdirib. Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı Gürcüstanın göstərdiyi qardaş köməyini də heç vaxt unutmarıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında Türkiyə Respublikası Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin üzvü Mehmet Güzelmansur deyib.

O qeyd edib ki, bu üç dövlət həm yaxın qonşu, həm də enerji, nəqliyyat və bir çox digər sahələrdə strateji tərəfdaşdır. Regional layihələr və birgə təşəbbüslər isə əməkdaşlığı daha da möhkəmləndirir.

“Türkiyə olaraq biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyirik və Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasəti diqqətlə izləyirik. Regionda davamlı sülhün və sabitliyin təmin olunması ümumi məqsədimizdir. Türkiyə–Azərbaycan və Türkiyə–Gürcüstan münasibətləri digər qonşu dövlətlər üçün də nümunə olmalıdır. Qarşılıqlı hörmətə, etimada və qardaşlığa əsaslanan bu əməkdaşlıq regionun gələcəyinə xidmət edir”, - deyə Türkiyə deputatI vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
azertag.az

2Mənbələr