AZ

Nazirlər Kabineti Dövlət Təminat Fondu barədə qərar verib

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nazirlər Kabineti 10 aprel 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları"nda dəyişiklik edib.

Reyting.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq büdcə ili ərzində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları həmin şəxslər tərəfindən il ərzində qaytarıla bilmədikdə Maliyyə Nazirliyi verilən büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Fondun vəsaitindən istifadə edə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
14
reyting.az

10Mənbələr