AZ

“Meta” bu şirkətlə nəhəng razılaşma əldə edib

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” və AMD böyük bir razılaşma əldə ediblər.

Banco.az xəbər verir ki, sosial media nəhəngi “Meta Platforms Inc.” süni intellekt (AI) infrastrukturunu gücləndirmək məqsədilə yarımkeçirici istehsalçısı “Advanced Micro Devices Inc.” (AMD) ilə strateji tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.

2026-cı ilin ikinci yarısından etibarən başlayacaq və beş illik dövrü əhatə edəcək razılaşmanın həcmi hər giqavat üzrə “iki rəqəmli milyard dollar” dəyərində olacaq.

Bu nəhəng razılaşma, süni intellekt çipləri bazarında üstün mövqeyə malik olan Nvidia qarşısında AMD üçün tarixi qələbə kimi qiymətləndirilir. Açıqlamadan sonra AMD-nin səhmləri Nyu-York fond birjasında açılışdan əvvəlki əməliyyatlarda 15 faiz bahalaşıb, “Meta”nın səhmləri isə 0,6 faiz artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
banco.az

2Mənbələr