
“Paris Saint-Germain” katalonlardan İspaniya millisinin cinah oyunçusu Lamin Yamalı transfer etməyə çalışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Joan Laporta danışıb.
“PSJ iki il əvvəl Lamin Yamal üçün bizə 250 milyon avro təklif etdi. Biz onu rədd etdik. Onun 17 yaşı var idi - bəziləri bizim dəli olduğumuzu düşünürdü!”, - Laporta deyib.