Bakı. Trend:
Polşa 24 fevral 2022-ci ildən etibarən Ukraynaya 318 ədəd tank,586 ədəd müxtəlif tipli zirehli şəxsi heyət daşıyıcısı, 137artileriya qurğusu, həmçinin 10 “MiQ-29” qırıcısı və 10 ədəd“Mi-24” helikopteri göndərib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisininyaydığı bəyanatda bildirilir.
Məlumata görə, Ukraynaya göndərilmiş tanklar arasında “T-72”,“PT-91”, “Leopard 2A4” modellərindən olan ağır hərbi texnika yeralır.
Varşava eyni zamanda Ukraynaya “Crab” özüyeriyən haubitsası və“Rak” özüyeriyən minaatanları yollayıb.
Sənədə əsasən, Ukraynaya ötürülmüş hərbi inventarın ümumi dəyəri2025-ci ilin mart ayına qədər 18 milyard zlot təqribən 5 milyarddollar təşkil edib.