AZ

Moskvada faciə: Elektrik gitarası gənc oğlanın ölümünə səbəb oldu FOTO

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Rusiyanın Moskva şəhərində universitet tələbəsi təhsil müəssisəsində keçiriləcək konsertə hazırlıq zamanı əlinə gitara götürüb və həyatını itirib.

Moderator.az bildirir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, Moskva yaxınlığındakı Balaşixadan olan 23 yaşlı Denis elektrik gitarasından cərəyan vurması nəticəsində ölüb. Universitetin akt zalında məşq zamanı gənc oğlan aləti götürüb, daha sonra silkələnməyə başlayıb və huşunu itirib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Nəşr qeyd edir ki, hadisəyə səbəb siqnal kabelinin elektrikgücləndiricilərin güc naqilləri ilə kəsişməsi, bundan əlavə, gitaranın siqnal kabelinin düzgün quraşdırılmaması səbəb ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
moderator.az

2Mənbələr