AZ

Xocalı soyqırımının 34 cü ildönümü Ottavada qeyd olunub

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ottava şəhərində tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Ottavada təhsil alan tələbələr də iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra çıxış edən müvəqqəti işlər vəkili Vüsal Süleymanov Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri adlandırıb.

Tədbir çərçivəsində Azərbaycan icması üzvlərinin çıxışları dinlənilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və film nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
4
azertag.az

5Mənbələr