Bakı. Trend:
"Yuventus" mövsümün sonunda müqaviləsi başa çatan UestonMakkenni ilə razılığa gələ bilir.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, A Seriyası nəhəngi amerikalıyarımmüdafiəçi ilə yeni sözləşmə imzalayacaq.
Makkenni ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulanmüqavilənin şərtləri razılaşdırılıb. 27 yaşlı futbolçunun illikmaaşı 4 milyon avro olacaq.
Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında"Şalke"dən transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Turintəmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 7məhsuldar ötürmə ilə yadda qalıb.