AZ

Kim Çen qızına da yüksək vəzifə verdi

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şimali Koreya lideri Kim Çen In qızını ölkənin raket proqramına rəhbər təyin edib.

"Unikal" xəbər verir ki, Cənubi Koreya hökumət mənbələrinə görə, bu vəzifə Pxenyanın raket qüvvələrinə nəzarət edən agentliyin direktoru vəzifəsinə bənzəyir.

Kim Cju-e kimi tanınan və yeniyetmə yaşlarında olduğu düşünülən qızın son illərdə Kim Çen Inı müntəzəm olaraq ictimai tədbirlərdə, o cümlədən raket sınaq müəssisələrinə ziyarətlərdə müşayiət etdiyi bildirilir. Bu, onun Şimali Koreya varislik sistemindəki mümkün rolu ilə bağlı fərziyyələri artırıb.

Cənubi Koreya kəşfiyyat mənbələrinə görə, təklif olunan təyinat onun gələcək siyasi və ya hərbi karyerasına hazırlığın bir hissəsi kimi qəbul edilə bilər. Nəşrlər iddia edir ki, Çju E ordudan hesabatlar alır və müdafiə ilə bağlı fəaliyyətlərdə iştirak edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
2
unikal.az

3Mənbələr