Bakı.Trend:
ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərənMüqəddəs Tomas Universitetində (University of St. Thomas) Xocalısoyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal DialoqKonfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” (III Global DialogueConference: Historical Memory as a Foundation of Peace) adlıbeynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan RespublikasınınDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Hyuston QardaşlaşmışŞəhərlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilir ki, konfrans Azərbaycan Respublikasının və AmerikaBirləşmiş Ştatlarının dövlət himnləri səsləndirilməsi, Xocalısoyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yadedilməsi ilə başlayıb. Tədbirdə Diasporla İş üzrə DövlətKomitəsinin əməkdaşları, Azərbaycan Respublikasının AmerikaBirləşmiş Ştatlarındakı Səfirliyinin nümayəndəsi, Müqəddəs TomasUniversitetinin professorları, alimlər və Azərbaycan icmasınınüzvləri iştirak ediblər.
Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradəAxundova Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı vəfaciəli səhifələrindən biri olduğunu vurğulayıb, bu dəhşətlihadisənin mahiyyəti və tarixi faktları barədə ətraflı məlumatverib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovadünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunanardıcıl və genişmiqyaslı tədbirlərin bəşəriyyətə qarşı törədilən,insanlığa sığmayan terror aktının unudulmamasına xidmət etdiyinibildirib. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgünçatdırılmasının, xocalılara qarşı törədilən cinayətlərinhüquqi-siyasi qiymət almasının vacibliyini vurğulayıb. Eynizamanda, Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti iləVaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakınınregionda sabitliyin təmin edilməsi və davamlı sülhün əldə olunmasıbaxımından xüsusi əhəmiyyət kəsb etdiyini ifadə edib.
Azərbaycanın ABŞ-dəki Səfirliyinin nümayəndəsi çıxışındasoyqırımı qurbanlarının xatirəsini anaraq, iki ölkə arasındakıdostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıbvə bu münasibətlərin sülhün möhkəmlənməsinə töhfə verdiyinisöyləyib.
Azərbaycan-Amerika Təşkilatları Alyansının vitse-prezidentiAdika İqbal Xocalıda törədilən vəhşiliklərin, dinc əhaliyə qarşıyönələn amansız cinayətlərin təkrar yaşanmaması üçün qlobalhəmrəyliyin vacibliyini qeyd edib.
Konfransda irlandiyalı tarixçi, “44 Gün: Qarabağ – işğaldanazadlığa” kitabının müəllifi Patrik Uolşun videomüraciəti nümayişolunub. O, Xocalı hadisələrinin tarixi kontekstinə toxunaraq, 26fevral 1992-ci ildə törədilən hadisələrin beynəlxalq ictimaiyyəttərəfindən düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Xocalı soyqırımının ağrılı nəticələrini əks etdirən“Xocalı qətliamı – Azərbaycanın tarixi” adlı sənədli filminnümayişi izləyicilərdə dərin kədər hissi yaradıb.
Konfrans günün ikinci yarısında panel müzakirələri ilə işinidavam etdirib.
Maliyyə sahəsi üzrə analitik, “LearnTheMoney.org” saytınıntəsisçisi Əlimürsəl İbrahimovun moderatorluğu ilə keçirilən “Tarixiyaddaş sülhün təməli kimi” adlı paneldə Şimali KarolinaUniversitetinin Sülh və Münaqişə Araşdırmaları Departamentinindosenti Əli Əsgərov, Cənubi Metodist Universitetinin fizika üzrəprofessoru Dürdanə Balakişiyeva, Çində fəaliyyət göstərən jurnalistvə geosiyasi analitik Malik Ayub Sumbal, eləcə də Böyük Britaniyalıpolitoloq və jurnalist Neil Vatson çıxış edib.
Paneldə Xocalı soyqırımının beynəlxalq hüquq baxımındanqiymətləndirilməsi, tarixi yaddaşın gələcək nəsillər üçünqorunmasının əhəmiyyətindən danışılıb. İnformasiya müharibəsi vəxaricdə yaşayan soydaşlarımızın Azərbaycanın mövqeyini dünyayaçatdırmaqda oynadığı rol geniş müzakirə olunub. Eyni zamanda,Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, beynəlxalqqətnamələrin icrasının təmin olunmamasının səbəbləri və bununhumanitar nəticələri barədə fikir mübadiləsi aparılıb. Regiondakıgeosiyasi vəziyyət, post-münaqişə dövründə balanslı güc siyasətininvə regional əməkdaşlığın önəmi, kommunikasiya xətlərinin açılmasıvə iqtisadi inteqrasiyanın uzunmüddətli sülhün təmin olunmasındakırolu diqqət mərkəzində olub.
Konfrans sual-cavab formatında müzakirələrlə işini davametdirib.