AZ

Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir DİQQƏT

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Nəsimi və Yasamal rayonu ərazisində - “Şamaxinka” adlanan yerdə yol hərəkətində dəyişikliklər qüvvəyə minib. “Şamaxinka”da ilk dəfə işıqforlar istifadəyə verilib. Yoldan istifadə edən sürücülər isə bildirirlər ki, işıqfor quraşdırılmasına baxmayaraq yolda tıxac azalmaq əvəzinə, əksinə daha da çoxalıb.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, orada indiyədək hərəkətin təşkili ilə bağlı atılan ən yaxşı addım həyata keçirilib:

"Ola bilsin ki, sürücülərin bəziləri hələ də bundan xəbərsizdir. Ola bilər ki, ilkin mərhələdə yolun buraxılış qabiliyyəti düzgün tənzimlənməyib. Yəni zamanla bu məsələlər tənzimlənə bilər. Amma hazırkı vəziyyətdə orada svetoforların quraşdırılması, hərəkətin svetofor vasitəsilə tənzimlənməsi və avtobus zolağının bir hissəsinin ləğv edilməsi kifayət qədər mükəmməl bir layihədir. Ümid edirəm ki, sürücülər yol nişanlarına və nişanlanma xətlərinə diqqət edərək hərəkətlərini rahat şəkildə davam etdirəcəklər. Lakin bunun üçün bir qədər vaxt lazımdır, mən belə düşünürəm".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
avtosfer.az

4Mənbələr