AZ

Gəncədə çərşənbə tonqalında bədbəxt hadisə - Gənc yanıq xəsarətləri aldı

Gəncədə 17 yaşlı gənc yanıq xəsarətləri alıb.

"Yeni Sabah" "Teleqraf"a istinadla xəbər verir ki, 2009-cu il təvəllüdlü T.Şükürov bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun birinci dərəcəli termiki yanıq xəsarətləri aldığı qeyd olunur.

İlkin məlumata görə, gənc bayram çərşənbəsində yandırılan tonqalda xəsarət alıb. Onun müalicəsi davam etdirilir.


Telegram kanalımız
Seçilən
0
12
yenisabah.az

10Mənbələr