Yevlax şəhərinin Aran qəsəbəsində yerləşən, ümumi sahəsi 230 kvadratmetr olan kafedə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın nəticəsində kafenin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.